Kəpənək haqqında.... - 29 November 2009 - Blog - www.sessizdragon.ucoz.com

My site

Site menu
Section categories
Tag Board
500
Our poll
Saytımız necədir?
Total of answers: 134
Statistics

Total online: 1
Guests: 1
Users: 0
Calendar
«  November 2009  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
2930
Site friends

Blog

Main » 2009 » November » 29 » Kəpənək haqqında....
11:52 AM
Kəpənək haqqında....

Tutsan, toz olub barmaqlarına yapışacaq, amma bir can daşıyır bu qanadlar. Simmetriyasına bax, rənglərinə diqqət yetir. Nə qədər də zərifdir, əlvandır. Diqqət yetirdikcə heyrətin böyüyür.Yazın əvvəlində budaqdan-budağa, çiçəkdən-çiçəyə uçur, yazın sonunda yoxdur daha. Bircə mövsümlük ömrü var. Bu mövsümdə yumurtadan çıxır, uşaqlığını yaşayır, gənc olur, qocalır və ömrünü başa vurur. Cəmisi bir bahar boyunca yaşayır kəpənəklər. Amma bizim bir insan kimi yaşadığımız bütün yaş mərhələlərini elə bu bircə mövsümdə keçirlər. Kim bilir, bəlkə başqa zaman anlayışı var, başqa müddət bölgüsü var kəpənəklərin. Hər qanadı təbiət kitabının bir səhifəsidir. Neçə hikmət yazılıb, neçə sirr həkk olunub o səhifələrə.
Tutsan, toz olub barmaqlarına yapışacaq, amma bir can daşıyır bu qanadlar. Rənginə, simmetriyasına bax. Rəsmə bax, Rəssamını gör və əyil o Sonsuz Qüdrət qarşısında. Çünki ətrafını görmək, oxumaq və oxuduqlarının qarşısında əyilmək bizim insanlıq borcumuzdur.

Views: 669 | Added by: Map4438 | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *: