Çin Səddi - 29 November 2009 - Blog - www.sessizdragon.ucoz.com

My site

Site menu
Section categories
Tag Board
500
Our poll
Hansı futbol kulubuna azarkeşlik edirsiniz?
Total of answers: 1026
Statistics

Total online: 3
Guests: 3
Users: 0
Calendar
«  November 2009  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
2930
Site friends

Blog

Main » 2009 » November » 29 » Çin Səddi
11:43 AM
Çin Səddi
Çin Səddi - insan əli ilə düzəldilmiş yeganə tikilidir ki, kosmosdan görünür. Bu nəhəng qurğunun əsas materialı dağ süxurları və torpaqdır. Ona kərpicdən üzlük çəkilib.

Ümumi məlumat

Bəşər tarixində insan əlilə yaradılmış çox heyrətamiz möcüzələr yadigar qalmışdır gələcək nəsillərə. Onlardan biri də çinlilərin yaradan əlləri və bitib-tükənməz əməkləri ilə tikilən Böyük Çin səddidir. Çinlilər bu səddə Vanli Çançen deyirlər.
Sarı dənizin Lyodun körfəzinin sahillərindən başlayıb, Çinin şimal sərhədləri boyunca uzanan və Qobi səhralarından keçən səddin ümumi uzunluğu 4250 kilometrdən artıqdır. Böyük Çin səddi ilk dəfə Yeni eradan əvvəl 220-ci ildə Çin imperatoru Çin Şi-Xuandi tərəfindən cəmi on ilə tikilmişdir. Sonralar bu müdafiə xəttinin tikintisi yüz illərlə davam etdirilərək, on min l li uzadılmışdır. (1 li təqribən 576 metrdir).


Çin imperatorluğunun əsasını qoyan və Çini ən güclü dövlət kimi formalaşdıran imperator Çin Şi-Xuandi bu nəhəng divarı öz dövlətini şimalda yaşayan köçəri xalqların (o zaman Çinin şimalında qədim türklər yaşayırdılar) qəfil hücumlarından qorumaq üçün çəkdirmişdi. Həmin səddin bir tarixi əhəmiyyəti də ondan ibarət idi ki, o, dağınıq və tayfa halında yaşayan Çin xalqının milli birliyinin əsasını qoymuşdur və bu dağınıq xalqlar, əl-ələ verərək dünyanın ən uzun və ən nəhəng daş divarını tikmişdilər.
Səddin tikintisi ayrı-ayrı hissələrə bölünmüşdü və hər hissəni vahid plan əsasında bir tayfanın, qəbilənin əhalisi tikirdi. İmperator Çin-Şi-Xuandi tikintiyə ümumi rəhbərliyi qoşun böyüyü Men-Tyana tapşırmışdı. Men-Tyan isə tikintini vaxtında, yəni on il müddətinə tikib başa çatdırmaq üçün 350 min əsgəri və yüz minlərlə mülki adamı işə cəlb etmişdi. Mülki adamların içərisində şəhərli ustalar, əkinçi kəndlilər və on minlərlə həbsxana məhkumları vardı.
İmperator istəyirdi ki, onun tikdirdiyi nəhəng daş divarı heç bir qüvvə yıxa və ondan aşa bilməsin. Səddin birinci hissəsinin uzunluğu 2450 kilometr olmalı idi. Keçilməz dağlardan, dərin dərələrdən, susuz səhralardan keçən bu tikinti çox çətin şəraitdə aparılırdı. Tikintiyə inşaat materialları əllə daşınırdı. Və buna da yüz minlərlə insan əməyi sərf edilirdi.
Men-Tyan əvvəlcə səddin hər 100 metrliyində ucaldılan gözətçi qüllələrinin tikintisindən başladı. Bu sayaq qüllələrin sayı isə 25 mindən çox idi. Hər birinin hündürlüyü 12 metrə çatan qüllələr tamamlandıqdan sonra, qüllələrin arasında hündürlüyü 7,5 metrə, bəzi yerlərdə isə 10 metrə çatan və qalınlığı 5,5-6,5 metr olan daş divarlar tikilirdi.
Səddin bayır tərəfi yad torpaqlar adlanırdı. Buna baxmayaraq, ölkənin mühafizəsini yaxşı təşkil etmək naminə həmin yad torpaqlarda da 15 mindən çox gözətçi qüllələri tikilmişdi. Qüllədəki gözətçilər gündüzlər tüstü ilə, gecələr isə tonqal qalamaqla düşmənin gəldiyini xəbər verirdilər.
Deyildiyi kimi, 2450 kilometrlik səddin tikintisi cəmi on ilə - yeni eradan əvvəl 230-cu ildə başa çatdırıldı. Bu şərəfə imperator Çin-Şi-Xuandi Men-Tyanı böyük mükafatlarla təltif elədi. Amma, imperator bilmədi ki, bu nəhəng səddi tikib qurtarana qədər qarda, şaxtada, səhralarda aclıqdan, susuzluqdan, soyuqdan və ağır əməkdən ildə 400 mindən çox işçi həlak olmuşdu. Məhz buna görə də həmin dövrdən Çində belə bir xalq misalı yaranıb. "Hər kərpicin sayı qədər insan udan bu divarlar dünyanın ən uzun qəbiristanlığıdır". Bu deyimdə böyük həqiqət vardı. Çünki ölən adamlar Men- Tyanın əmri ilə qala divarlarına hörülürdü.
Sədd tikiləndən sonra onun mühafizəsi çox ciddi qorunurdu. Belə ki, bir neçə qülləni qoruyacaq 145 nəfərlik hərbi qarnizon, həm səddi, həm də səddin iç divarları boyu tikilmiş ambarları mühafizə edirdi. Səddin üstü çox geniş və enli idi. Divarların üstü ilə dörd piyada əsgər və ya üç atlı yan-yana gedə bilirdi. Divarların üstünə qalxmaq üçün iç tərəfdən çoxlu pilləkanlar qurulmuş və yağış-qar suyunu kənara atmaq məqsədilə daş novlar qoyulmuşdu.
Sonrakı bir neçə əsrdə Böyük Çin səddi daha 2000 kilometr uzadılaraq dünyanın ən böyük, ən uzun səddinə çevrilmişdir. Lakin o, yeni eranın VI əsrindən başlayaraq qüdrətli türk imperiyalarının güclü ordularının önünü saxlaya bilmir və öz keçilməz-aşılmaz müdafiə funksiyasını itirir. Orta əsrlər tarixindən məlumdur ki, qədim türk imperatorları Bilgə Xaqan, Mete, Çingiz Xan Böyük Çin səddini aşaraq ölkənin içərilərinə yerimişdilər.
Min sülalə imperatorluğu dövründə (XV-XVI əsrlər) Böyük Çin səddi yenidən bərpa edilərək bir daha Çin xalqını vahid məqsəd-Çin dövlətini yadellilərdən qorumaq uğrunda birləşdirdi. Elə o dövrdən də Böyük Çin səddi öz müasir görkəmini qoruyub saxlamışdır. Hazırda bu nadir və qeyri-adi tikinti qədim dünya insanlarının əlilə tikilmiş ən böyük möcüzələrindən biri olmaqla, Şərq aləminin nadir tarixi-memarlıq və maddi-mədəniyyət abidələrinin də ən qiymətli incisi hesab edilir.
Hər il Çinin şərqindən qərbinədək 4450 kilometrlik bir məsafədə uzanan Böyük Çin səddinin tamaşasına dünyanın müxtəlif iqlimlərindən milyonlarla turist gəlir. Bir də onu qeyd etmək yerinə düşər ki, həm də insan əli ilə yaradılmış möcüzələrdən ancaq və ancaq Böyük Çin səddi kosmosdan müşahidə edilir. O nazik bir xətt kimi Çin boyu uzandıqca uzanır. Bəli, Böyük Çin səddi-ölkənin ən böyük və ən möhtəşəm sənət abidəsi üç min ildir ki, Çinin simvoluna çevrilərək yaşayır və bundan sonra da min illərlə yaşayaraq gələcək nəsilləri əzəməti və qeyri adiliyi ilə heyrətdə qoyacaqdır.
Views: 341 | Added by: Map4438 | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *: